EN

Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Nəqliyyat nəzəriyyəsinə görə heç bir şəhər yalnız yeni yol salınması və şəxsi avtomobilin təşviqi hesabına mövcud ola bilməz. Təcrübədə də bu doğrudur. Hamı maşın almaq istəsə sadəcə olaraq şəhərdə yer çatmayacaq.

Avtosfer.az xəbər verir ki, bu açıqlama ilə Kazan metropoliteninin rəisi Aydar Abdulxakov çıxış edib. 

Abdulxakov bildirib ki, bir maşının parklamasına 16 kvadratmetr yer lazımdır. Əlavə olaraq gündüz harasa getsən, eyni qədər yer dayanmaq üçün tələb olunacaq. Bir şəhərə limitsiz sayda maşının sığa bilməsi fikri utopiyadır. Buna görə də bütün inkişaf etmiş ölkələr ictimai nəqliyyatı subsidiyalaşdırır. Çalışırlar ki, avtomobili olmayanlar üçün hərəkət ucuz başa gəlsin. 

Metropoliten rəisi iddia edir ki, ideal ictimai nəqliyyat pulsuz olmalıdır. Kimsə şəxsi avtomobildən istifadə etmək istəyirsə vergi, texniki baxış rüsumu, sığorta haqqı, parklama və yanacaq pulu ödəsin. Burdan əldə edilən gəlirin bir qismi ictimai nəqliyyatın inkişafına yönəlsin.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
avtosfer.az

1Sources