EN

ADY: Sürət həddi endirilib, gecikmə ola bilər

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Dəmir Yolları ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə bağlı açıqlama yayıb.Qurumdan bildirilib ki, mövcud şəraitin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, bütün istiqamətlər üzrə nəzarət gücləndirilib. Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.Eyni zamanda qeyd olunub ki, bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddi aşağı salınıb. Bu səbəbdən qatarların hərəkət qrafikindən qismən kənara çıxma halları istisna edilmir.Qurum hərəkət iştirakçılarına belə hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı daha diqqətli olmağı tövsiyə edir. Sərnişinlərdən isə stansiya və platformalarda qatar gözləyərkən ehtiyatlı davranmaları xahiş olunur.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
demokrat.az

1Sources