EN

Strateji neft obyekti alovlanır – Bəhreyndən İrana sərt cavab anonsu

İranın Bəhreynə qarşı həyata keçirdiyi növbəti hava hücumu nəticəsində ölkənin dövlət neft şirkəti "BAPCO"ya (Bahrain Petroleum Company) məxsus strateji obyektlərdən biri ciddi zərər görüb.

Musavat.com
xəbər verir ki, martın 28-də baş verən raket zərbəsi nəticəsində neft emalı zavodunun ərazisində nəhəng yanğın başlayıb. Yerli mənbələrin yaydığı görüntülərdə Sitra adası yaxınlığındakı sənaye zonasından göyə qara tüstü dumanlarının yüksəldiyi aydın görünür.

Zərbə Bəhreyn iqtisadiyyatının onurğa sütunu hesab olunan və gündəlik yüz minlərlə barrel neft emal edən əsas müəssisəni hədəf alıb. Partlayışdan dərhal sonra başlayan yanğının söndürülməsinə ölkənin mülki müdafiə qüvvələri və ABŞ-ın regiondakı hərbi bazalarından köməkçi texnikalar cəlb olunub.  Bəhreyn rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi itki sayı açıqlamasa da, ərazidə fövqəladə vəziyyət elan edilib və Sitra istiqamətində yollar bağlanıb.

Qeyd olunur ki, bu, mart ayı ərzində BAPCO obyektlərinə edilən artıq üçüncü  hücumdur. Martın 9-da baş vermiş bənzər hücumdan sonra şirkət "fors-major" vəziyyət elan etmişdi. ABŞ-ın regiondakı 5-ci Donanmasının qərargahına ev sahibliyi edən Bəhreynin neft infrastrukturunun hədəf alınması İranın "Körfəzdə enerji təhlükəsizliyini iflic etmək" strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Hazırda yanğının lokallaşdırılması və neft hasilatına təsirinin miqyası araşdırılır.

Musavat.com

Chosen
30
1
musavat.com

2Sources