Bakı. Trend:
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ciildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını AzərbaycanXalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunmasıməqsədilə 1919-cu il martın 28-də “Kəşfiyyat və əks-kəşfiyyatbölməsi”nin yaradılmasından götürür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 marttarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlikorqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
TrendAzərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixinə və keçdiyiyola qısaca nəzər salır.
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbinaziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin BaşQərargahı nəzdində “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi” yaradılıb.Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşıNağı Şeyxzamanlı olub.
Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK), sonraDövlət Siyasi İdarəsi adlanıb, bir müddət Daxili İşlər XalqKomissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, daha sonraDövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovethakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövləttəhlükəsizliyi orqanının vəzifəsi əsasən mövcud quruluşu qorumaq,sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısınıalmaq olub.
Təhlükəsizlik orqanlarının milliləşməsi Ulu Öndər HeydərƏliyevin adı ilə bağlıdır

Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasınauzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər HeydərƏliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdansonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq vəidarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz vəetimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında millikadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eynizamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.
Ulu Öndərin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədritəyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarınıntarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilinitəhlükəsizlik orqanlarında fəaliyyətə həsr etmiş Ümummilli LiderHeydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüşyaradıb, milliləşdirmə siyasətinin əsasını qoyub və bu məqsədə nailolub. Bu siyasət sonralar müstəqil Azərbaycanda sabitliyin bərqərarolmasında müstəsna rol oynayıb.
Dahi şəxsiyyətin təhlükəsizlik təşkilatında əsasını qoyduğupeşəkarlıq məktəbi və vətənpərvərlik irsi bu gün də Ulu Öndərinadını daşıyan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyevadına Akademiyasının kursantları - gələcəyin təhlükəsizlikəməkdaşları tərəfindən dərindən mənimsənilir.

Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarınınsəmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar DTX-nin şəxsiheyəti tərəfindən daim rəhbər tutulur.
Dövlət təhlükəsizliyi orqanları yeni dövrdə

Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinənail olunması Prezident İlham Əliyevin də daim diqqətmərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hərzaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı strukturislahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlikorqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. AzərbaycanPrezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə MilliTəhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DövlətTəhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətininyaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyiniartırmağa, bu fəaliyyəti yeni dövrün tələblərinə uyğunlaşdırmağa vədövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Buislahatlar antiterror koalisiyasının fəal üzvlərindən olanAzərbaycanda sabitliyin təmin edilməsinə, ölkəmizə qarşı yönələnterror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizətədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğulolan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmillimütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlərqazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılantonlarla narkotik vasitələrin qaçaqmalçılığının qarşısı alınıb,kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurluəməliyyatlar həyata keçirilib.
Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyiyüksək diqqət və qayğı ölkəmizin suverenliyinin və ərazibütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin dahaetibarlı müdafiəsinə xidmət edir.
Hazırda təhlükəsizlik orqanlarına əməliyyat-xidmətifəaliyyətlərini daha səmərəli və peşəkar şəkildə həyata keçirəbilmələri üçün hərtərəfli şərait yaradılır, yeni inzibati binalartikilərək istifadəyə verilir, maddi-texniki təchizat davamlıtəkmilləşdirilir, şəxsi heyətin sosial təminatı gücləndirilir.Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycantəhlükəsizlik orqanlarına qayğısının əyani təzahürüdür.
Paytaxtımızda keçirilən beynəlxalq təhlükəsizliktədbirləri ümumi təhlükəsizlik sisteminə təhdid hesab olunanhallarla mübarizəyə töhfə verir


Qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə2023-cü ildə təsis olunmuş və ardıcıl olaraq hər il təşkil edilənBakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizliyin qorunubsaxlanılmasında mühüm rolu olan müxtəlif dövlətlərin kəşfiyyat vətəhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməklə yanaşı,bu təsisatlar arasında konstruktiv dialoq, qarşılıqlı anlayış vəfaydalı əməkdaşlıq məkanına çevrilib.

Dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndəheyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlikməsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlikmühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektivmübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfitəzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşmasıvə səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrininedildiyi Bakı Təhlükəsizlik Forumu beynəlxalq təhlükəsizlik tədbiriolaraq, müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrəkfikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlıanlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradanplatformadır.
İtkin düşmüş şəxslər mövzusu da daim diqqət mərkəzindəsaxlanılıb


Prezident İlham Əliyevin daim xüsusi nəzarətdə saxladığı itkinvətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsi ilə əlaqədarmüntəzəm olaraq hər il Bakı şəhərində Azərbaycan Respublikası Əsirvə itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DövlətKomissiyasının təşkilatçılığı ilə itkin düşmüş şəxslər mövzusundabeynəlxalq konfrans təşkil edilir. Bu tədbirlərin keçirilməsi itkindüşmüş şəxslər probleminin həlli istiqamətində səylərinbirləşdirilməsində və əməkdaşlığın genişləndirilməsində vacib roloynayır.

Milli maraqlarımıza yönələn təhdidlərin qarşısıqətiyyətlə alınır

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edənAzərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarınınəməkdaşları fəaliyyətlərini müasir çağırışlara uyğun şəkildəquraraq, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən vədüşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə dəmilli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmətorqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısınınalınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkilcinayətkarlığa, dini ekstremizmə, kibercinayətkarlığa qarşımübarizədə vətənpərvərlik nümunələri göstərirlər.

Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələnbütün təhdid və təxribatların qarşısı Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə təhlükəsizlik orqanlarınınşəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra daalınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təminediləcək.

Bu il də peşə bayramlarını böyük şövqlə qeyd edən Azərbaycanıntəhlükəsizlik orqanlarının əməkdaşlarını bu əlamətdar günmünasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeniuğurlar arzulayırıq!