EN

Qızıl rekord həddə yaxınlaşır



Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Aia.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 2,62% artaraq 4 524,3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,74% bahalaşaraq 69,796 ABŞ dolları təşkil edib.



Chosen
6
13
aia.az

10Sources