EN

Aydın Hüseynov “Bakıda 2030-cu ilə qədər böyük işlər görüləcək, kanalizasiya problem həllini tapacaq, rahatlıq təmin olunacaq”

Milli Məclisin deputatı Aydın Hüseynov son iki gündə yağan intensiv yağışlar nəticəsində Bakı və ətraf ərazilərdə yaranan kanalizasiya problemi, yolların iflic vəziyyətə düşməsi ilə bağlı tənqidlərə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Bakı şəhərinin elə əraziləri var, orada kanalizasiya sistemi 1950-1960-cı illərdə çəkilib.

 

A.Hüseynov bildirib ki, həmin vaxtdan etibarən paytaxt əhalisi dəfələrlə artıb, şəhər daha da genişlənib: “Buna görə də belə problemlər yaranır. Nöqsanların aradan qaldırılması üçün ölkə Prezidentinin imzaladığı Sərəncama əsasən, Bakı şəhəri, Abşeron, Sumqayıt ərazilərində su-kanalizasiya sisteminin yenilənməsi, ən müasir şəkildə qurulması üçün dövlət proqramı qəbul olunub. Bu dövlət proqramına uyğun olaraq 2030-cu ilə qədər kanalizasiya problemi həllini tapacaq. Prezidentin sərəncamına əsasən, Bakı şəhərinin su təchizatı, kanalizasiya sistemləri ilə bağlı böyük işlər həyata keçiriləcək. Hətta yeni 31 kollektorun quraşdırılması nəzərdə tutulub. Bu isə bir daha Bakının gözəlliyini, rahatlığını təmin edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Mart 2026, 13:46   
Chosen
19
pravda.az

1Sources