EN

“Liverpul”u gələn mövsüm o çalışdıracaq

“Liverpul”un baş məşqçisi Arne Slot gələn mövsüm də komanda ilə işləməyə davam edəcək.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilir ki, klub hələ də mütəxəssisə etibar edir və ona bu yay ən yüksək nəticələr uğrunda mübarizə apara biləcək bir heyət təqdim etmək niyyətindədir. Klubun bu mövsüm o qədər də yaxşı çıxış etməsinə baxmayaraq, məşqçi dəyişikliyi nəzərdən keçirilmir.

“Liverpul”un idarə heyəti Slott ilə uzunmüddətli planlar qurur və o, komandanın formalaşmasında və transfer qərarlarında yaxından iştirak edəcək.

Chosen
41
publika.az

1Sources