EN

Tramp: İran ABŞ aviadaşıyıcısına 17 istiqamətdən hücum edib » AzadMedia.az


ABŞ prezidenti Donald Trump Mayamidə keçirilən forumda çıxışı zamanı İran Silahlı Qüvvələrinin ABŞ-a məxsus aviadaşıyıcıya hücum etdiyini iddia edib.
Onun sözlərinə görə, hücum “dünyanın ən böyük aviadaşıyıcısı”na qarşı eyni anda 17 istiqamətdən həyata keçirilib. Hadisənin dəqiq nə vaxt baş verdiyini açıqlamayan Tramp bildirib ki, gecə ərzində hadisə yerindən hər 32 saniyədən bir təyyarə havaya qalxıb və bu, vəziyyətin ciddi olduğunu göstərib.
“Onlar hər yerdə idilər. Biz canımızı qurtarmaq üçün qaçırdıq. Hər şey bitmişdi”, – deyə Tramp hadisəni təsvir edib.
Dünyanın ən böyük aviadaşıyıcısı hesab olunan USS Gerald R. Ford ilə bağlı martın 12-də gəmidə yanğın baş verdiyi barədə məlumat yayılmışdı. Tehran tərəfi iddia etmişdi ki, ABŞ hərbçiləri guya İrana qarşı əməliyyatda iştirak etməmək üçün gəmini özləri yandırıblar.
Yanğının söndürülməsi 30 saatdan çox davam edib. Hadisədən sonra gəmi heyətinə döyüş zonasını tərk edərək təmir üçün Yunanıstanın Krit adasındakı Suda körfəzinə yollanmaq əmri verildiyi bildirilir.
Digər tərəfdən, Vladimir Putin martın 26-da Yaxın Şərqdəki gərginliyin yaxın üç-dörd ay ərzində nizamlanacağına ümid etdiyini ifadə edib.
Chosen
25
1
azadmedia.az

2Sources