EN

İran Əraqçi və Qalibafla bağlı BMT TŞ-yə müraciət etdi

Tehran xarici işlər naziri Abbas Əraqçi və Parlament sədri Məhəmməd Baqer Qalibaf bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Ölkə.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Təhlükəsizlik Şurasını bununla bağlı təcili tədbirlər görməyə çağırıb.

Səid İrəvani 26 martda BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının prezidenti Maykl Valta ünvanladığı məktubda ABŞ və İsrailin  İran  İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri cənab Seyid Abbas Əraqçi də daxil olmaqla, yüksək vəzifəli İran rəsmilərini sui-qəsd hədəfi kimi müəyyən edib təyin etdiyini və bu cür planların dayandırılmasının müvəqqəti olduğunu göstərən media məlumatlarını Təhlükəsizlik Şurası üzvlərinin təcili diqqətinə çatdırmaq üçün yazıram.

İranın Daimi Nümayəndəsi məktubunda vurğulayıb ki, bu məlumatlar İranın yüksək vəzifəli siyasi xadimlərinin sui-qəsdini özündə ehtiva edən əməliyyat sxeminin mövcudluğuna dəlalət edir.

Mürtəza

Chosen
29
2
olke.az

3Sources