Bakı. Trend:
UNESCO-nun mənzil-qərargahında yüksəksəviyyəli təqdimatıkeçirilən 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatı “2030-agerisayım” adlı üçhissəli seriyanın ilk buraxılışı olaraq təhsildəəlçatanlıq və bərabərlik mövzusuna həsr edilib.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabatın məqsədiölkələrin təhsil sahəsində irəliləyişini xüsusilə əlçatanlıq vəbərabərlik baxımından qiymətləndirmək, bu nəticələrə təsir göstərənəsas amilləri təhlil etmək və 2030-cu ildən sonrakı təhsilgündəliyi üzrə müzakirələrə töhfə verməkdir.
Bildirilib ki, bu çərçivədə, hesabat son 25 il ərzindəməktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələri üzrəəlçatanlıq və bərabərlik göstəricilərini əhatə edir. Hesabatda,eyni zamanda, qeyd olunan istiqamətlər üzrə ölkə nümunələriəsasında əldə olunan nəticələr daha geniş tədqiqatlarlaəlaqələndirilir.
Bu kontekstdə, Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldəetdiyi nailiyyətlər nümunəvi ölkə təcrübələri sırasında yer alır.Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası cəmi 5 il ərzindəməktəbəhazırlıq qrupları ilə əhatə olunan 5 yaşlı uşaqlarıngöstəricisini 25 faizdən 92 faizə yüksəltməklə dünya miqyasındanümunəvi nəticə nümayiş etdirib. Hesabatda, həmçinin ölkəmizdəhəyata keçirilən qanunvericilik islahatları, müəllim hazırlığı vəməzmun sahələrində görülən işlər xüsusi vurğulanıb.
Xatırladaq ki, təqdimat mərasimində 30-dan çox ölkənin təhsilnazirləri, beynəlxalq təşkilatların rəhbərləri və təhsil üzrəekspertlər iştirak ediblər.
UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatı ilə aşağıdakıkeçid vasitəsilə tanış olmaq mümkündür:
https://unesdoc.unesco.org/ark:/48223/pf0000397618/PDF/397618eng.pdf.multi.nameddest=p83