EN

Rusiyanın ən böyük şirkətinə naxçıvanlı rəhbərlik edə bilər - TƏFƏRRÜAT

"Qazprom"un İdarə Heyətinin rəhbərinin müavini Famil Sadıqov “Millerin varisi” kimi təqdim edilir, amma Kremlin seçimi və onun milliyyəti...

“Kreml Aleksey Millerdən sonra Rusiyanın ən böyük və dünyada ən çox neft-qaz çıxaran şirkət. olan “Qazprom”un rəhbəri vəzifəsinə namizədləri müzakirə edir”.

2001-ci ildən bəri “Qazprom”un prezidenti postunu saxlayan Aleksey Millerin istefası ilə bağlı müzakirələr son aylar daha da güclənir.

Kreml mənbələri bildirir ki, onun getməsi bu ilin payızda baş verə bilər. Səbəblər Millerin səhhətindəki problemlər və şirkətin Rusiya iqtisadiyyatındakı yeni roludur. Yəni indi əsas sual “gedəcəkmi?” deyil, “taxt-tacı kim tutacaq?”dır.

Picture

Rusiya mediası xüsusilə bir ad üzərində dayanır. Söhbət şirkətin İdarə Heyətinin sədr müavini azərbaycanlı Famil Sadıqovdan gedir. İddialara görə, F.Sadıqov uzun müddətdir özünü “Millerin varisi” kimi təqdim edir. Media onun namizədliyi haqda yazarkən “ailəsi ilə bağlı qalmaqallar, şübhəli korrupsiya sxemlər və etnik mənşəyi”ni qabardır, və bunlara rəğmən onun şansının az olduğunu iddia edir.

Picture

Sadıqov Famil Kamil oğlu Naxçıvanda anadan olub. Moskvada Serqo Orconikidze adına Dövlət İdarəetmə Akademiyasını bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktoru.

O, 1999–2004-cü illərdə Rusiya vergilər və rüsumlar üzrə nazirinin müavini, 2005–2009-cu illərdə isə Federal Xəzinədarlığın rəis müavini olub. 2009-2019-cu illərdə “Qazprombank” (Səhmdar Cəmiyyəti) İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub. 2019-cu ilin aprel ayından isə “Qazprom”un İdarə Heyəti sədrinin müavinidir.

Daha bir müavin Vitali Markelov isə “maraqsız , diqqət çəkməyən və tənha” kimi xarakterizə edilir və şirkətin lideri roluna tamamilə yararsız hesab edilir. Daha bir iddialı isə Kirill Seleznev ola bilər ki, onun da onun adının hallandığı korrupsiya sandallları yada salınır və “Qazprom” rəhbəri postuna “nə etibarı, nə də perspektivi” olduğu qeyd edilir. İddia olunur ki, “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov Millerdən boşalacaq “taxt-taca” sahib çıxa bilər. Onun da “əmması” var. Belə ki, peşəkar və təcrübəli menecer olsa da, ictimaiyyətlə əlaqələrdə zəifdir, içki düşkünü kimi tanınır ki, bu da korporasiyanın imici üçün strateji mənfi cəhətdir. "Qazprom Mezhregiongaz"ın rəhbəri Sergey Qustova gəlincə, ona baş nazir Mişustinin ciddi dəstəyi var, lakin təhlükəsizlik qüvvələrindən, məsələn FTX-dan və ya ordudan bu posta öz adamlarını təyin etmək qərarına gəlsələr, Qustov mübarizə uduza bilər.

Aydındır ki, Rusiyada "Qazprom"un rəhbəri vəzifəsi sadəcə post deyil- bu, strateji resurs və ölkə iqtisadiyyatı üzərində nəzarət deməkdir. Təyinat ən yüksək səviyyələrdə müəyyən edilir və seçim ən yaxşı menecerə deyil, hakimiyyətin Qərblə münaqişə dövründə etibar etdiyi şəxs olmalıdır./Musavat.com

Chosen
12
4
turkustan.az

5Sources