EN

Şair Fəxrəddin Teyyub: Aylarla yanında oturub sağalmasını gözləyirdim

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı şair, publisist Fəxrəddin Teyyub olub.

O, anasına olan bağlılığından söz açıb.

"Anam xəstə olduğu üçün birinci sinfə bir il gec getmişəm. Aylarla onun yanında oturub sağalmasını gözləyirdim. Mənə elə gəlir ki, dünyada heç kim anasını mənim qədər sevə bilməz. Artıq 31 ildir ki, dünyasını dəyişib, amma ən ağır anlarımda yenə onu xatırlayıram. Vəfat etdiyi gün anamın qəbrinin üstündə hönkür-hönkür ağladım, ondan sonra bir daha elə ağlaya bilmədim", - deyə Fəxrəddin Teyyub bildirib.

Şair, həmçinin müasir gənclərin ailə dəyərlərinə olan münasibətinə görə təəssüfləndiyini qeyd edib:

"Bizim dövrümüzdə gənclər görüşə Nüsrət Kəsəmənlinin sevgi şeirləri ilə gedərdilər. İndiki gənclər isə ailə qurmağa meyil etmir, böyüklərlə yaşamaq istəmirlər. Halbuki ailənin bünövrəsini məhz böyüklər möhkəmləndirirlər. Dövrümüzdə sevgi münasibətləri çox bəsitləşib. Keçən dəfə bir gəncin telefonda sevdiyi qıza "sevmirsənsə, cəhənnəmə sev" dediyini eşidib sarsıldım".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
baku.ws

4Sources