EN

Almaniya iqtisadiyyatına investisiya qoyuluşu üç dəfəyə yaxın artıb

2025-ci ildə Almaniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 26,334 milyon ABŞ dolları təşkil edib. 

XQ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan reallaşan investisiyaların payı 0,4 faiz təşkil edib. Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Almaniya iqtisadiyyatına 61,733 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 38,8 milyon dollar və ya 2,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Almaniyaya yatırılan investisiyaların xüsusi çəkisi 2,4 faiz təşkil edib. 2024-cü il ərzində Almaniyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 75,297 milyon dollar, əks istiqamətdə isə 22,935 milyon dollara bərabər olmuşdu.

Hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4 faiz çoxdur.

 

Chosen
16
16
xalqqazeti.az

10Sources