EN

Polis əməkdaşının əməyinin ödənilməsi qaydalarında dəyişiklik edilib

Polis əməkdaşının əməyinin ödənilməsi qaydalarında dəyişiklik edilib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu, "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, polis əməkdaşının əməkhaqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.

Yeni qanuna əsasən, yuxarıdakı abzasda polis əməkdaşları üçün nəzərdə tutulan təminatlar (vəzifə və xüsusi rütbə maaşları, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və iş vaxtından artıq vaxtda görülən işə görə normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilən əlavə haqlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərinə, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarına şamil edilmir.

Chosen
18
8
day.az

9Sources