Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.
"Yeni Sabah" xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanların şəxsiyyəti məlum olub:
- Mirşamil Namiq oğlu Hüseynzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)
- Mirabidin Asəf oğlu Məmmədzadə (1997-ci il təvəllüdlü, Xarxatan kəndi)
- Aydan Eldar qızı Alxaslı (2005-ci il təvəllüdlü, Şovu kəndi)
- Elgin Cavad oğlu Məmmədli (2004-cü il təvəllüdlü, Şovu kəndi)
- Fərid Mübariz oğlu Ələsgərli (2005-ci il təvəllüdlü, Rvo kəndi)
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız