QAZAX, 28 mart. TELEQRAF
Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsiqeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza Qazax-Əskipara avtomobil yolunda baş verib. Minik maşınının "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahirİbrahimxəlilov hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.