EN

Təbriz səmasında ABŞ-nin strateji bombardmançıları – FOTO

İranın şimal-qərbində yerləşən Təbriz şəhəri üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135R Stratotanker” yanacaqdolduran təyyarəsi və “Northrop B-2 Spirit” strateji stealth bombardmançısı görüntülənib.

NOCOMMENT.az xəbər verir ki, bu uçuşlar regionda gərginliyin artdığı və “Epic Fury” əməliyyatının davam etdiyi bir vaxtda baş tutub.

Yerli sakinlər hərbi təyyarələrin yüksək hündürlükdə uçuşunu mobil telefon kameraları ilə qeydə alıblar.

Ekspertlərin fikrincə, görünməz texnologiyalı “B-2” bombardmançılarının yanacaqdolduran təyyarə ilə müşayiəti onların uzaq məsafəli missiyalarda, xüsusən də İranın dərinliklərindəki hədəflərə qarşı istifadə olunduğunu təsdiqləyir.

Sara,
NOCOMMENT.az

Chosen
70
22
nocomment.az

10Sources