EN

Türk seriallarının ulduzu İstanbulda saxlanıldı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli məşhur aktrisa Hande Erçel narkotik istifadə etdiyi üçün İstanbul hava limanında saxlanılıb.

Globalinfo.az xəbər verir ki, məlumata görə, ölkəyə qayıtdıqdan sonra o, məhkəməyə aparılıb və istintaq çərçivəsində ifadəsi alınıb.

Daha sonra aktrisa ekspertizadan keçirilib. Məhkəmə Tibbi Ekspertiza İnstitutunda ondan qan və saç nümunələri götürülüb.

Bildirilir ki, saxlanılma qərarı daha əvvəl çıxarılıb. Amma aktrisa bir müddət ölkə xaricində olduğu üçün qərarı icra etmək mümkün olmayıb.

Eyni iş üzrə digər tanınmış şəxslər də istintaqa cəlb olunub. Onların arasında Hakan Sabancı, Fikret Orman, Burak Yılmaz, Didem Soydan və Güzide Duran kimi tanınmış şəxslərin də adı çəkilir.

Hadisə ilə bağlı rəsmi qurumların araşdırmaları davam edir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
globalinfo.az

1Sources