EN

Bakıda hasar avtomobillərin üzərinə aşıb - VİDEO

Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində hasar avtomobillərin üzərinə aşıb.

 

Hadisə qəsəbənin İqor Ağayev küçəsi 3 ünvanında saat 12:30 radələrində baş verib.

 

Nəticədə "Changan", "Mercedes" və "Mitsibushi" markalı avtomobillər istifadəyə yararsız hala düşüb.

 

Hasarın 2 gün davam edən aramsız yağışlar nəticəsində aşdığı bildirilir.

 

APA TV

 

Tarix: 28 Mart 2026, 22:19   
Chosen
39
6
pravda.az

8Sources