EN

Qazaxda ağır QƏZA - Sürücü öldü

Qazax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda baş verib.

Minik maşınının "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, 1971-ci il təvəllüdlü, Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
22
2
manset.az

10Sources