EN

Misir yanacaq sərfiyyatını belə azaldacaq

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Misir hökuməti yüksək həcmdə yanacaq və dizel sərfiyyatı tələb edən iri dövlət layihələrinin icra tempini azı iki ay müddətinə ləngidəcək.

Axar.az xəbər verir ki, bunu Baş nazir Mustafa Mədbuli deyib.

O qeyd edib ki, bütün dövlət nəqliyyat vasitələri üçün yanacaq limitləri 30 faiz azaldılacaq.

Onun sözlərinə görə, əlavə tədbir kimi, xidmət və emal sənayesi sahələri istisna olmaqla, dövlət və özəl sektor əməkdaşları aprel ayı ərzində bazar günləri məsafədən işləyəcəklər. Yaxın Şərqdə cərəyan edən hadisələrin səbəb olduğu enerji təchizatındakı problemlər davam edərsə, bu qənaət tədbirlərinin müddəti uzadıla və ya həftə ərzində əlavə məsafədən iş rejimi tətbiq edilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
2
axar.az

3Sources