Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İrandan diqqətçəkən və narahatlıq doğuran məlumat yayılıb.Metbuat.az xəbər verir ki, Əl Ərəbiyə telekanalının iddiasına görə, ölkədə hərbi xidmətə çağırış yaşı 12-yə qədər endirilib. Məlumata əsasən, artıq yeniyetmələr Tehran küçələrində blokpostlara cəlb olunur, patrul xidmətində istifadə edilir. Yerli sakinlər silahlı uşaqların avtomobilləri saxlayaraq yoxlama apardığını bildirirlər. Bu görüntülər cəmiyyətdə ciddi narahatlıq yaradıb.İddialara görə, qərarın əsas səbəbi kimi yeniyetmələrin özlərinin “könüllü” şəkildə müraciət etməsi göstərilir.