EN

Livanda səhiyyə işçiləri arasında ölənlərin sayı bir ayda 50-ni keçib - ÜST

Bakı. Trend:

Livanda mart ayında vəzifə başında həlak olan səhiyyəişçilərinin sayı 51-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya SəhiyyəTəşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosialşəbəkəsində yazıb.

"Bu gün Livanın cənubunda yeni bir faciə baş verdi: tibbmüəssisələrinə edilən beş hücumda doqquz feldşer həlak oldu və buay öldürülən tibb işçilərinin sayı 51-ə çatıb", - deyə obildirib.

Onun sözlərinə görə, mart ayı təşkilatın ölkədəki səhiyyəmüəssisələrinə hücumları izləməyə başladığı 2023-cü ilin oktyabrayından bəri "Livandakı səhiyyə işçiləri üçün ikinci ən ölümcül ay"olub. T.Qebreyesus qeyd edib ki, bu gün baş verən hadisələrdəLivanın beş kəndində çalışan səhiyyə işçilərindən ibarət qruplaryerində vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıblar.

Chosen
30
30
az.trend.az

10Sources