EN

Yaxın Şərqdəki böhran Yunanıstan və Kiprdə turizmə ciddi zərər vurub

Bakı. Trend:

Yaxın Şərqdəki böhran yay mövsümünə hazırlaşan Kiprdə turizməciddi ziyan vurub.

Trend-inməlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.

Məlumata əsasən, martın əvvəllərində ləğv edilmişrezervasiyaların sayı maksimum həddə çatıb. Bəzi günlər üçün həttabütün rezervasiyalar ləğv olunub. Son günlərdə vəziyyət nisbətənyaxşılaşsa da, turist sayında azalma ciddi olaraq qalır.Yunanıstanın turizm obyektləri də oxşar vəziyyətlə üzləşib.

Hər 2 ölkəyə əsas turist axını Yaxın Şərq regionundandır. Havaəlaqələrinin kəsilməsi sözügedən regiondan turist gəlişinin deməkolar ki dayanmasına səbəb olub.

Yunanıstan və Kiprin büdcəsinin formalaşmasında turizm əsasyerlərdən birini tutur. Bu sektorda geriləmə ÜDM-in azalması vəişsizliyin artması ilə nəticələnir. Kipr Mərkəzi Bankınınproqnozuna görə Yaxın Şərqdə qarşıdurma 2 ay çəkəcəyi təqdirdə2026-cı il üçün iqtisadi artım 3 deyil, 2,7 faiz olacaq.

Chosen
72
1
az.trend.az

2Sources