EN

Maduro uzun müddət sonra türmədən paylaşım etdi

ABŞ-da həbsdə olan Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarına müraciət edib.

Publika.az xəbər verir ki, o, uzun müddətli fasilədən sonra ilk dəfə olaraq sosial şəbəkə hesabında paylaşım edib. Maduro ona dəstək verənlərə təşəkkür edib, özünün və həyat yoldaşı Siliya Floresin "yaxşı və möhkəm" olduqlarını bildirib.

Maduro Venesuela vətəndaşlarından və dünyanın hər yerindən olan xoşməramlı insanlardan məktublar və dualar aldığını söyləyib. O, hər bir sevgi dolu və dəstək ifadə edən sözün onu, həyat yoldaşını mənəvi cəhətdən gücləndirdiyini, onlara "mənəvi güc və daxili dözümlülük" verdiyini bildirib.

Venesuela liderinin adından yayımlanan mesajda onun həyat yoldaşı ilə birgə daim dua etdiyi də yazılıb.

Chosen
28
36
publika.az

10Sources