EN

Ötən gün 21 kiloqramdan çox narkotik aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron da aşkarlayıblar.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
6
10
metbuat.az

10Sources