EN

Karyerasının son oyununda qol vurdu

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Karyerasının son oyununda qol vurdu

Braziliya millisinin sabiq üzvü Vaqner Lav aktiv futbolçu karyerasının son oyununa çıxıb.

QOL.az xəbər verir ki, 41 yaşlı hücumçu  son matçında qol vurmağı bacarıb.

O, Braziliyada Nodersdet kubokunda “Retro”nun heyətində “Seara”ya qarşı(3:1) görüşdə 94-cü dəqiqədə rəqib qapısına yol tapıb. Bu qol onun karyerasındakı 423-cü qol kimi tarixə düşüb. 

Qeyd edək ki, Vaqner Lav karyerası ərzində “Palmeyras”, SSKA (Moskva), “Flamenqo”, “Şandonq Lunenq”, “Korintians”, “Monako”, “Alanyaspor”, “Beşiktaş”, “Kayrat”, “Midtyulland”, “Sport Resife”, “Atletiko Qoyaniense”, “Avai” klublarında oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
qol.az

3Sources