EN

Kafe və restoranlarda yeni dövr başlayır: Menyuda mütləq bu yazılmalıdır

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə kütləvi qidalanma müəssisələrində istehlakçıların hüquqlarını qorumaq məqsədilə mühüm qərar qəbul edilib. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin yeni tələbinə əsasən, restoran, kafe və yeməkxanalarda təqdim olunan qidaların tərkibi və kalori dəyəri müştərilərə açıqlanmalıdır.Məlumata görə, müəssisələr allergik məlumatları və xörəklərin enerji dəyərini menyularda, divar lövhələrində və ya rəqəmsal ekranlarda qeyd etməyə borcludurlar. Bu məlumatların QR kod vasitəsilə təqdim edilməsinə də icazə verilir. Lakin bu üsuldan istifadə edən məkanlar kodun yanında xüsusi xəbərdarlıq mətni yerləşdirməli və texnologiyadan istifadə edə bilməyən şəxslərə məlumatı şifahi şəkildə təqdim etməlidir.Yeni qaydaların tətbiqi insanların sağlamlıq, dini və ya şəxsi seçimlərinə uyğun qidalanmasını asanlaşdırmaq məqsədi daşıyır. Bu yenilik həm də qida təhlükəsizliyi zəncirində şəffaflığı artırmağa yönəlib.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
demokrat.az

1Sources