Türkiyə millisinin DÇ-2026-ya vəsiqə verən play-off-un Kosovo ilə final oyunu üçün hakimlərin adları açıqlanıb.
Msport.az xəbər verir ki, matç ingiltərəli tanınmış hakim Maykl Oliverə həvalə olunub.
Priştinədəki “Fadil Vokrri” stadionunda keçiriləcək görüşdə Oliverə yan xətdə Stüart Burt və Ceyms Meynvairinq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanah yerinə yetirəcək.
Qeyd edək ki, Kosova – Türkiyə matçı martın 31-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.