EN

Səudiyyə Ərəbistanının Hörmüz boğazından kənarda yerləşən boru kəməri tam gücü ilə neft nəql edir

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Səudiyyə Ərəbistanının Hörmüz boğazından kənarda yerləşən boru kəməri tam gücü ilə neft nəql edir

Səudiyyə Ərəbistanının Hörmüz boğazından kənarda yerləşən mühüm "Şərq-Qərb" boru kəməri tam gücü ilə, yəni gündə 7 milyon barel neft nəql edir. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

KİV-in məlumatına görə, Səudiyyə Ərəbistanı Qırmızı dənizə doğru boru kəməri vasitəsilə ixracı artırmaq üçün təcili tədbirlər planını işə salıb, çünki Yaxın Şərqdəki münaqişə səbəbindən boğazın faktiki bağlanması Fars körfəzi neft istehsalçılarının əsas çıxış yolunu kəsib.

Tanker karvanları neft toplamaq üçün Yanbu limanına istiqamət alır və bu, dünya üzrə təchizatın vacib kanalını təmin edir. Səudiyyə Ərəbistanının neft sənayesinə yaxın bir şəxsin sözlərinə görə, Yanbu vasitəsilə xam neft ixracı hazırda gündə 5 milyon barelə çatıb və krallıq həmçinin gündə 700 000-900 000 barel neft məhsulları ixrac edir.

Boru kəməri ilə nəql olunan 7 milyon barel neftin 2 milyon bareli Səudiyyə Ərəbistanının neft emalı zavodlarına nəzərdə tutulub. Lakin Yanbu marşrutu Hörmüz boğazının bağlanması nəticəsində yaranan təchizat zərbəsini yalnız qismən kompensasiya edir. Müharibədən əvvəl bu boğazdan gündə təxminən 15 milyon barel xam neft keçirdi.

Lakin bu alternativ marşrut, neftin qiymətlərinin əvvəlki təchizat şoklarına xas olan böhran həddinə çatmamasına səbəb olan amillərdən biridir.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
oxumeni.az

2Sources