EN

Azərbaycan “Babək”ni itirdi... - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Türkiyədə vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Rasim Balayev vəfat etdi


“Qafqazinfo”  78 il yaşasa da, yaddaşlarda iz qoyan aktyorun həyat və fəaliyyəti ilə bağlı məlumatları təqdim edir:

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirən aktyor 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan məzun olub.
 

Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi” , “Babək” , “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.


1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Rasim Balayevin çoxsaylı filmlərdə rol almasına baxmayaraq onun yaradıcılığının zirvəsi “Babək” filmində oğlu Buğdayla dialoqu olub.

Filmdən həmin fraqmenti təqdim edirik: (Qafqazinfo.az)



Bizim.Media

Chosen
15
41
bizim.media

10Sources