Fransa futbolunun önəmli simalarından olan, 1991-ci ildə ''Qızıl top''u qazanmış Jan-Pyer Papen Kilian Mbappe ilə bağlı diqqətçəkən ifadələr işlədib. O, ''Real''ın superulduzunu Fransa tarixinin ən yaxşı forvardı adlandırıb. Xatırladaq ki, hələ ''Qızıl top''u qazana bilməyən Mbappe daha 2 qol vuracağı təqdirdə yığmada vurduğu qolların sayını 58-ə çatdıracaq və Olivye Jirunu (57) geridə qoyaraq Fransa yığması tarixinin ən məhsuldar futbolçusuna çevriləcək. Papeni dinləyək: ''Bəli, bu gün üçün Mbappenin Fransa yığması tarixinin ən güclü forvardı olduğunu düşünürəm. Hətta zaman keçdikcə onun bu statusu və böyüklüyü bir qədər də artacaq. Düzdü, hələ ''Qızıl top''u qazanmayıb. Amma mənə qazandığım ''Qızıl top''u yığmanın heyətində hər hansı bir titulla əvəzləməyi teklif etsəydilər, bunun üzərində düşünməyə dəyərdi. ''Qızıl top''u qazanmaq heç vaxt mənim başlıca hədəfim olmayıb. Amma onu qazanmağı bacardım. Digər tərəfdən dünya çempionluğunu qazanmaq başlıca hədəfim idi. Ancaq bunu bacarmadım. Dembele? Fikrimcə, onun üçün ''Liverpul''a qarşı Çempionlar Liqasındakı matçlar yığmanın heyətindəki yoldaşlıq oyunlarından daha önəmlidi. Hərçənd onun yerində olsam, Mbappe ilə yanbayan oynadıqda Kiliana ''Qızıl top''u qazandığımı göstərərdim''.