14 yaşadək qız voleybolçulardan ibarət "Möminə xatun" komandası Azərbaycan çempionatının bürünc medallarını qazanıb.
QOL.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə komanda "Şərqi Zəngəzur RVK" komandası ilə üz-üzə gəlib.
Bakıdakı Voleybol Mərkəzində keçirilən görüşdə "Möminə xatun" komandası hesabda geri düşməsinə baxmayaraq əzmkarlıq nümayiş etdirib. Rəqibini 2:1 (19:25, 26:24, 15:9) hesabı ilə məğlub edib və ölkə çempionatının bürünc medalını qazanıb.


