EN

Ağ Ev: ICE Amerika hava limanlarını lazım olduğu qədər qoruyacaq

Ağ Ev: ICE Amerika hava limanlarını lazım olduğu qədər qoruyacaq

ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) profil xidmət bu vəzifəni tam şəkildə öhdəsinə götürənə qədər Amerika hava limanlarının təhlükəsizliyini təmin edəcək.

AFN.az xəbər verir ki, bu barədə Ağ Evin sərhəd nəzarəti məsələləri üzrə koordinatoru Tom Homan CBS telekanalının efirində bildirib. O qeyd edib ki, əgər Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) daha az əməkdaşı işə qayıtsa, hava limanlarında ICE əməkdaşlarının sayı artırılacaq.

Xatırladaq ki, maliyyələşmənin dayandırılması səbəbindən maaşlarını ala bilməyən yüzlərlə TSA əməkdaşı işdən çıxıb ki, bu da hava limanlarının fəaliyyətində ciddi çətinliklər yaradıb. Bu arada Demokratlar Partiyası Minneapolissdə iki ABŞ vətəndaşının güllələnməsi ilə bağlı insidentə görə ICE-nin büdcəsinin azaldılmasını tələb edir.

Chosen
56
afn.az

1Sources