Millətlər Liqasında milli komandamızın rəqibi olan Litva bu gün növbəti yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda öz meydanında Gürcüstanla qarşılaşıb. Kaunasda keçirilən qarşılaşma gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Georges Mikautadze dubl edib.
Litva yığması əvvəlki yoxlama görüşündə 3 gün əvvəl səfərdə Moldovaya 2:0 hesabı ilə qalib gəlmişdi.
Yığmamız Millətlər Liqasında Litva ilə sentyabrın 27-də səfərdə, oktyabrın 4-də isə öz meydanında qarşılaşacaq.