EN

İraqda ABŞ səfirliyi və konsulluğu hücuma məruz qaldı

BAKI, 30 mart. TELEQRAF

İraqda ABŞ-nin səfirliyinin logistika mərkəzi və Ərbildəki ABŞ baş konsulluğu hava hücumlarının hədəfi olub.

Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat yayıb.

Məlumata görə, konsulluğa doğru uçan pilotsuz uçuş aparatı uğurla vurulub. Son bir neçə saat ərzində Bağdad hava limanı ərazisində bir neçə digər dron da ələ keçirilib.

Portalın bildirdiyinə görə, hücumlar nəticəsində dəqiq zərər və ya dağıntılar barədə məlumat hələlik yoxdur.

Chosen
32
teleqraf.com

1Sources