Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin "RFA Lyme Bay" böyük desant gəmisi Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq çərçivəsində minaaxtaran pilotsuz aparatların üzən buraxılış bazasına çevrilib.
Â
Bu barədə "The Sunday Times" nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.
Â
"Bu qabaqlayıcı addım ticarət gəmiçiliyinin normal axınının bərpasında kömək tələb olunacağı təqdirdə, nazirlərə fəaliyyət variantları verir", - mənbələr qeyd ediblər.
Â
"Lyme Bay"ın Hörmüz boğazına göndərilməsi barədə yekun qərarın hələ qəbul edilmədiyi bildirilib.
Â
Modern.az xatırladır ki, "Lyme Bay" gəmisi vaxtaşırı humanitar yardımın göstərilməsində və ya üzən hospital, eləcə də aviasiya üçün platforma kimi istifadə olunan Böyük Britaniya köməkçi donanmasının bir hissəsidir. 2025-ci ilin sonundan etibarən o, Cəbəllütariqdəki hərbi dəniz bazasında yerləşir.