EN

Növbəti hədəf bu ölkədir, dağılacaq - Tramp elan etdi

ABŞ prezidenti Donald Tramp Kubanın qısa müddət ərzində ABŞ üçün “növbəti ölkə” olacağını iddia edib.

Publika.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə bildirib.

“Növbəti Kuba olacaq. Bu, uğursuz bir ölkədir. Tezliklə dağılacaq. Və biz ona kömək etmək üçün orada olacağıq. Biz gözəl kubalı amerikalılarımıza kömək etmək üçün orada olacağıq”, - Ağ Ev rəhbəri qeyd edib.

Lakin Tramp Kubanın tənəzzüldə olduğunu söyləsə də, bununla bağlı ətraflı açıqlama verməyib.

Chosen
28
34
publika.az

10Sources