EN

Yol polisi qeyri-iş günlərinin bitməsi ilə əlaqədar sürücülərə müraciət edib

Bakı. Trend:

Bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması iləbölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakıilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkətintensivliyi müşahidə olunur.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətiştirakçılarına müraciətində qeyd olunub.

İdarə hərəkət iştirakçılarından qayıdış zamanı təhlükəsizlikqaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yolaçıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyixahiş edib.

"Bununla yanaşı, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinintexniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgünqiymətləndirmək, hərəkət zamanı sürət həddini mövcud şəraitə uyğunseçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanıxüsusilə diqqətli olmaq vacibdir.

Eyni zamanda, sürücülərin uzun məsafəli səfərlər zamanıfasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən,xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bukimi davranışlardan uzaq durmaları tələb olunur.

BDYPİ hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa vəqaydalara ciddi əməl etməyə çağırır", - deyə müraciətdəbildirilib.

Məqalədə:
Chosen
18
50
az.trend.az

10Sources