EN

Zelenski yeni müttəfiqlər axtarışına başladı

Ukrayna prezidenti Volodimir Zelenski Yaxın Şərqdə, xüsusilə də Fars körfəzi ölkələrində yeni və maliyyə baxımından güclü müttəfiqlər qazanmağa çalışır.

“Yeni Sabah”ın xəbərinə görə, The Wall Street Journal yazır ki, Kiyev bu ölkələri Rusiya ilə mübarizədə tərəfdaşlığa cəlb etməyə çalışır.

Məlumata görə, Zelenski son səfərləri zamanı müdafiə və təhlükəsizlik sahəsində bir sıra razılaşmalar imzalayıb və region ölkələrini Rusiyanın ortaq təhlükə olduğuna inandırmağa çalışır. İndiyədək Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı əsasən vasitəçi rolunda çıxış etsələr də, sanksiyalara qoşulmaqdan çəkiniblər.

ABŞ-dən hərbi dəstəyin azalması fonunda Ukrayna alternativ tərəfdaşlara yönəlib. Kiyev xüsusilə dronlara qarşı mübarizə sahəsində topladığı təcrübə ilə region ölkələrinin marağını cəlb etməyə çalışır. Qeyd olunur ki, Rusiyanın istifadə etdiyi dronlar İranın “Şahed” tipli aparatlarının təkmilləşdirilmiş versiyalarıdır ki, bu da Ukraynanı region üçün daha vacib tərəfdaşa çevirir.

Ukrayna artıq mobil HHM qrupları, radioelektron mübarizə və dron-tutucu sistemləri əhatə edən çoxsəviyyəli müdafiə modeli qurub. Bu təcrübəni öyrənmək üçün 11 ölkənin müraciət etdiyi bildirilir və Kiyev regiona 200-dən çox hərbi mütəxəssis göndərməyi planlaşdırır.

Əvəzində Ukrayna siyasi dəstək, sanksiyalar, təhlükəsizlik əməkdaşlığı və bərpa layihələri üzrə tərəfdaşlıq gözləyir.


Telegram kanalımız
Chosen
39
2
yenisabah.az

3Sources