EN

Yevlaxda yıxılan 72 yaşlı kişi xəstəxanada öldü

Yevlax rayonunda ehtiyatsızlıqdan xəsarət alan kişi ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.

Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Tağıyev martın 1-də həyətdə ot bağlamalarının üzərində olarkən ehtiyatsızlıqdan yıxılıb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması və boyun nahiyəsindən xəsarət alan Z.Tağıyev xəstəxanaya yerləşdirilsə də, martın 28-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Chosen
51
2
yenisabah.az

3Sources