EN

ABŞ-nin Yaxın Şərqdəki qoşunlarının sayı açıqlandı – Standartdan 10 000 nəfər çoxdur


Yaxın Şərqdəki ABŞ hərbçilərinin sayı 50 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda Yaxın Şərqdəki Amerika qoşunlarının sayı standartdan 10 000 nəfər çoxdur.
Qəzetin yazdığına görə, regiona ən son 2500 dəniz piyadası və 2500 dənizçi gəlib.
NYT həmçinin, bu saya martın ortalarında yanğın baş verən və hazırda Xorvatiyanın Adriatik sahilindəki Split limanında texniki xidmət görən “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisindəki 4 500 amerikalı hərbçinin daxil olmadığını bildirib.
Digər tərəfdən, ABŞ rəsmiləri bildirirlər ki, Amerika Prezidenti münaqişə zonasında daha iddialı bir hücuma keçib-keçməmək, məsələn, Hörmüz boğazını açmaq üçün ərazini ələ keçirib-keçirməmək barədə düşünür.
Belə ki, ötən həftə Pentaqon ABŞ Prezidentinə əlavə hərbi imkanlar təmin etmək üçün 82-ci Hava-Desant Diviziyasından təxminən 2 000 əsgəri Yaxın Şərqə göndərib.
Onların dəqiq yeri açıqlanmasa da, bu hərbçilərdən İranın Fars körfəzinin şimalındakı əsas neft ixrac mərkəzi olan Xarq adasını ələ keçirmək və ya dəniz piyadaları ilə birlikdə quru əməliyyatları aparmaq üçün istifadə olunacağı istisna deyil.
Hərbi ekspertlər isə hesab edirlər ki, bu əməliyyarlar üçün regiondakı 50 000 əsgər azdır. Məsələn, İsrail Qəzza zolağındakı əməliyyatlara 300 000-dən çox əsgər göndərmiş, 2003-cü ildə İraqa hücum edən ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın sayı isə 250 000 əsgəri keçmişdi.
Qeyd edək iki gün əvvəl, İran ətrafında gərginliyin artması və Fars körfəzində mümkün əməliyyatın müzakirə edilməsi fonunda, ABŞ “USS Tripoli” amfibiya hücum gəmisində Yaxın Şərqə 3 500 dəniz piyadasının göndərilməsini təsdiq edib.
Chosen
47
2
yeniavaz.com

2Sources