ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
İran ABŞ və İsrailə qarşı ritorikasını daha da sərtləşdirərək, yüksək vəzifəli hərbi və siyasi şəxslərin yaşayış yerlərinin mümkün hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İRNA agentliyi yayıb.
İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü bildirib ki, Qərbi Asiya regionunda yerləşən ABŞ və İsrail hərbi komandirlərinin, eləcə də siyasi rəsmilərinin iqamətgahları, xüsusilə İsrailin nəzarətində olan ərazilərdəki obyektlər potensial zərbə hədəfi kimi nəzərdən keçirilir.
Rəsmi açıqlamada vurğulanıb ki, bu addımlar regionda davam edən hərbi gərginlik və son hücumlara cavab xarakteri daşıyır. İran tərəfi daha əvvəl də ABŞ və İsrailin mümkün hücumlarına qarşı “sərt və genişmiqyaslı cavab” veriləcəyi barədə xəbərdarlıqlar etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.