Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə bu gün yekun vurulacaq.
"Cebheinfo.az" xəbər verir ki, XX turun oyunları eyni gündə keçiriləcək.
Saat 14:00-da "Ordu" "Gənclər"lə, 16:00-da "Neftçi" "Azərreyl"lə, 18:00-da "Murov Az Terminal" "Xilasedici" ilə üz-üzə gələcək.
Bütün qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
"Cebheinfo.az"