AZ

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqası üzrə müntəzəm mövsümə yekun vurulur

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, 20-ci turun oyunları eyni gündə keçiriləcək.

Saat 14:00-da “Ordu” “Gənclər”lə, 16:00-da “Neftçi” “Azərreyl”lə, 18:00-da “Murov Az Terminal” “Xilasedici” ilə üz-üzə gələcək.

Bütün qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

7Mənbələr