EN

Hacı İsmayılov: Rasim Balayevin vəfatı sənət dünyası üçün ağır itkidir

Bakı, 30 mart, AZƏRTAC

Rasim Balayev Azərbaycan sənəti üçün əsl əfsanə idi. Onun vəfatı sənət aləmi üçün böyük itkidir. Çünki hər aktyora ümumxalq sevgisi qazanmaq nəsib olmur. Mən yalnız böyük sənətkarı deyil, həm də dəyərli sənət dostumu itirdim.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov deyib.

O vurğulayıb ki, mərhum sənətkar Azərbaycan kino və teatrının görkəmli simalarından biri kimi daim böyük hörmət və sevgi qazanıb.

“Həm ziyarət, həm ticarət” filmində əlaqələrimiz daha da inkişaf edib. Aramızda hər zaman maraqlı və unudulmaz söhbətlər olurdu. O günlər həyatımın unudulmaz və xüsusi xatirələrinə çevrilib.

Müxbir - Fidan Əlizadə

Chosen
25
2
azertag.az

3Sources