EN

Laçında kanat yolu istifadəyə verilir

Laçında turizm sahəsinin inkişafı üçün daha bir iri layihə başlayıb. 

FED.az xəbər verir ki, şəhər bulvarından başlayacaq yeni kanat yolunun cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu layihə həm logistik məqsədlər üçün əhəmiyyətli olacaq, həm də bölgənin sosial turizm infrastrukturuna böyük töhfə verəcək.

Kanat yolunun girişi şəhərin bulvar hissəsində yerləşir. Kanat saatda 800 sərnişinə xidimət edə biləcək. Bu da layihəni bütün Zəngəzur üçün turizm baxımından əhəmiyyətli edir. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin ümumi uzunluğu isə 1 720 metr olacaq. Sərnişinlər bu məsafəni 6 dəqiqəyə qət edəcəklər. 

Layihə çərçivəsində hər biri 10 nəfərlik olmaqla cəmi 17 kabinə nəzərdə tutulub. Bəzi kabinələrdə velosiped və əlil arabaları da daşımaq mümkün olacaq. 

Kanat yolunun yerləşdiyi uzunluğu 2 kilomietrə yaxın olan bulvar hazırda Laçının əsas istirahət məkanlarından biridir. 

Chosen
9
2
fed.az

10Sources