Bakı. Trend:
Nərimanov rayonunda “Changan” markalı avtomobilin şüşəsininsındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisəməlumat daxil olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci PolisŞöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsindəəməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlıQabil Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildənümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyənolunub.
Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlikkameraları vasitəsilə də lentə alınıb
Faktlarla bağlı araşdırma aparılır.