EN

"Türkiyə millisi heç nə edə bilmədi" - Luçeskudan sərt sözlər

style='margin-bottom:10px;'>

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalı çərçivəsində Türkiyə yığmasına uduzaraq (0:1) mübarizəni dayandırmaqqları haqda danışıb.

QOL.az trtspor.com-a istinadən xəbər verir ki, səhhəti ilə bağlı problemləri səbəbindən xəstəxanaya yerləşdirilən rumıniyalı mütəxəssis 3 gün keçməsinə baxmayaraq, Türkiyə ilə matçın təsirindən çıxa bilmədiyini söyləyib: 

"Hazırda yaxşıyam. Türkiyə ilə matçı analiz etməyə başlayanda 3 gün keçməsinə baxmayaraq, çox qəzəbləndim. Əsəbiləşdiyim üçün özümü pis hiss etdim. Normal nəfəs ala bilmədiyimi başa düşdüm. Türklər oyunun 60-65 dəqiqəsindən sonra tempi qoruya bilmədilər. Biz onları təəcübləndirməyi bacardıq. Oyunu diqqətli şəkildə analiz edən hər kəs Türkiyənin bizi təəccübləndirməyi bacarmadığını, ümumiyyətlə, heç nə edə bilmədiyini gördü. İlk hissədə bəzi epizodlar yaratdılar. Bu da bizim top itirməyimizin nəticəsində idi". 

O, ürəktutması keçirdiyi haqda yayılan məlumatlara münasibət bildirib: "Heç vaxt ürəktutması keçirməmişəm. Mətbuatda belə xəbərlər gördüm. Fibrilasiya yaşamışam. Amma bu, ürəktutması deyil. Belə hal ilk dəfə İtaliyanın Breşiya şəhərində başıma gəlmişdi. Ötən ilin sonunda da fibrilasiya ilə üzləşdim. Sabah bir sıra müayinədən keçəcəyəm". 

Chosen
38
1
teleqraf.com

2Sources