EN

Bakı-Ələt-Astara magistralı yararsız hala düşdü - Əraziyə xüsusi texnika cəlb olunub

Bakı. Trend:

Bakı-Ələt-Astara magistral avtomobil yolunun Hacıqabul rayonuNəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyü yararsızhala düşüb. Sosial şəbəkələrdə yolun vəziyyətini göstərəngörüntülər paylaşılıb.

Mövzu ilə əlaqədar Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AAYDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeydolunan ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələgəlib.

Məlumata görə, mövcud vəziyyətin aradan qaldırılması üçünəraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb olunub. Hazırdayaranmış problemin aradan qaldırılması istiqamətində zəruritədbirlər görülür.

Ərazidəki işlərin qısa müddət ərzində tamamlanacağıbildirilib.

Chosen
24
5
az.trend.az

1Sources